
Tanınmış futbolçu pivənin qurbanına çevrilə bilərmiş
Çili millisinin sabiq müdafiəçisi Qari Medel gənclik illərində yaşadığı çətinliklərdən danışıb.
Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, “İnter”də sərt oyun tərzi ilə tanınan futbolçu etiraf edib ki, alkoqol onun karyerasını çox erkən bitirə bilərmiş:
“Çoxlu pivə içirdim, bir dəfə isə nəzarəti tam itirdim və məni həbs etdilər. O andan sonra özümə söz verdim – dayandıracam. Və dayandırdım”.
O, atasının da problemləri olduğunu xatırladıb:
“Atam narkotik səbəbindən çətinliklər yaşayırdı, reabilitasiya keçmişdi”.
37 yaşlı futbolçu hazırda Çilinin “Universidad Katolika” klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



