Tanınmış futbolçu “Şalke”yə görə ailəsindən uzaq qalmalı olub

“Liverpul”un sabiq qapıçısı Loris Karius     “Şalke”yə keçib.

Komanda.az xəbər verir ki, o, Almaniyanın ikinci ən güclü liqasında çıxış edəcək və onunla bağlanmış müqavilə 30 iyun tarixinə qədərdir.

Karius DAZN telekanalına verdiyi müsahibədə niyə belə bir seçim etdiyini açıqlayıb. Onun sözlərinə görə, həyat yoldaşı İtaliyada qalmaq istəyib və nəticədə, yeni müqavilə onun ailəsindən ayrılmasına səbəb olub. Həyat yoldaşı və qızı Aria Milanda qalmağa davam edəcək, Karius isə Almaniyada oynamalı olacaq:

“Həyat yoldaşım istəyirdi ki, İtaliyada olum, amma bu cür seçim etmək lazım gəldi, bu, peşəkar baxımdan daha yaxşıdır. Milan çox uzaq deyil, tez-tez görüşmək üçün yollar taparıq, xüsusilə də, onun öz işləri var və çox vaxtı yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button