İçki içir, avtoxuliqanlıq edir, həbsə düşür – Keçmiş futbolçu
“Barselona”nın keçmiş oyunçusu Xavyer Saviola hazırda yaşadığı Andorrada xoş olmayan davranışı ilə seçilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı keçmiş futbolçu indi qol vurmaqla deyil, daha çox içki içməklə, avtoxuliqanlıqla və həbsə düşməklə fərqlənir.
Polisin sərxoş halda saxladığı tanınmış sabiq futbolçu həbsxanada ayılıb. Gecəni həbsxanada keçirən keçmiş forvard sərbəst buraxılıb.
Saviola futbolçu karyerasını 2016-cı ildə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin