Tanınmış futbolçu Yunanıstan klubuna keçir
Braziliyalı cinah oyunçusu Villian karyerasını Yunanıstan çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin xidmətində “Olimpiakos” maraqlıdır.
Villian tezliklə müqavilə imzalamaq üçün Yunanıstana uçacaq. Futbolçu yeni komandaya azad agent kimi qoşulacaq.
36 yaşlı yarımmüdafiəçi Avropada “Çelsi”, “Arsenal” və “Fulhem”dəki çıxışı ilə tanınır. Onun Rusiya çempionatında oynamaq təcrübəsi də var. O, 2013-cü ildə Mahaçqala “Anji”sinin rənglərini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin