Jiru gürcü futbolçunu təriflədi

“Arsenal”ın və “Milan”ın sabiq hücumçusu Olivye Jiru PSJ-nin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, fransalı futbolçu, Kvaratsxeliyanın meydanda çox gözlənilməz olduğunu bildirib:

“Xviça meydanda çox gözlənilməzdir. O, təkbətək mübarizələrdə çox yaxşıdır və rəqiblərini asanlıqla üstələyir”.

Kvaratsxeliya qış transfer pəncərəsində “Napoli”dən Paris klubuna keçib. O, PSJ ilə uzunmüddətli müqavilə imzalayıb. Onun transferi PSJ-yə 70 milyon avroya başa gəlib.

Gürcü vinger mövsümün ilk hissəsində “Napoli”nin heyətində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button