![](https://komanda.az/wp-content/uploads/2024/05/IMG_2541-780x470.jpeg)
Tanınmış futbolçu karyerasını bitirdi
Braziliyalı futbolçu Marselo karyerası ilə bağlı qərar verib.
Komanda.az xəbər verir ki, 36 yaşlı müdafiəçi peşəkar karyerasını başa vurub. O, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Marselo “Fluminense”nin yetirməsidir. Braziliyalı futbolçu karyerası ərzində “Real” (2007-2022) və “Olimpiakos”da (2022-2023) da çıxış edib. O, son olaraq yenidən “Fluminense”yə qayıdıb. Müdafiəçi ötən ilin noyabr ayından klubsuz idi.
Marselo Braziliya millisinin heyətində 2006-cı ildə debüt edib və yığmada keçirdiyi 58 rəsmi matçda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin