Tanınmış futbolçu Danimarka klubunda məşq edir
Xuan Mata Yaponiyanın “Vissel Kobe” klubundan ayrıldıqdan sonra 6 aydır ki, işsizdir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, görünür, 36 yaşlı hücumameyilli yarımmüdafiəçi hələ butslarını asmaq fikrində deyil. O, karyerasını davam etdirmək üçün variantlar axtarır.
Xuan Mata hazırda Danimarkanın “Norşelland” klubunda məşq edir. İspaniyalı futbolçu yeni komanda axtarışında olarkən özünü formada saxlamağa çalışır.
Mata Avropada əsasən “Valensiya”, “Çelsi” və “Mançester Yunayted”dəki çıxışı ilə tanınır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin