Tanınmış futbolçu “Brentford”da – Rəsmi

“Liverpul”un və “Ayaks”ın sabiq futbolçusu Cordan Henderson İngiltərə Premyer Liqasına qayıdıb.

35 yaşlı yarımmüdafiəçi azad agent kimi “Brentford”a keçib. Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hendersonun “Brentford”la müqaviləsi iki illik nəzərdə tutulub. O, son mövsümdə Niderland çempionatında 28 oyuna çıxaraq, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Brentford” İngiltərə Premyer Liqasının ötən mövsümünü turnir cədvəlinin 10-cu pilləsində tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button