
Tanınmış futbolçunun yeni klubu bilindi
“Çelsi” və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Xuan Mata karyerasını Avstraliyada davam etdirəcək.
37 yaşlı futbolçu “Melburn Viktori” ilə müqavilə imzalayıb. Komanda.az xəbər ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Matanın sonuncu komandası Avstraliyanım digər klubu – “Vestern Sidni” olub. İspaniyalı vinger bu komandanın heyətində ölkə çempionatında 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mata İspaniya millisinin heyətində həm dünya, həm də Avropa çempionu titulunu qazanıb. Klub karyerasında isə uzun illər “Valensiya”nın formasını geyinməklə yanaşı, İngiltərədə “Çelsi” və “Mançester Yunayted”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



