Sarri Yunanıstan klubunun təklifini rədd edib

Mauritsio Sarri Yunanıstanda işləmək təklifindən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Panatinaikos” komandasını çalışdırmaq istəməyib.

İtaliyalı məşqçinin əvvəlki iş yeri 2021-24-cü illərdə rəhbərlik etdiyi “Latsio” olub. Bundan əvvəl o, “Verona”, “Empoli”, “Napoli”, “Yuventus” və “Çelsi” klublarında da çalışıb.

“Panatinaikos” ötən mövsüm Yunanıstan çempionatını 4-cü pillədə başa vurub. Bu komanda Yunanıstanın ən titullu klubudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button