
“Tam olaraq “Kopenhagen”lə oyuna köklənmişik” – “Qarabağ”ın futbolçusu
“Qarabağ”ın futbolçusu Leandro Andrade mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Bakıda “Kopenhagen”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasın 2-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bizim üçün çox vacib matçdır”.
O, stadionun onlar üçün çox münasib olduğunu deyib:
“Meydanda bacardığımızı etməyə çalışacağıq. Rəqib əla komandadır. Çempionlar Liqasında zəif komanda yoxdur. Qalibiyyət üçün hər şey edəcəyik. Tam olaraq bu oyuna köklənmişik”.
“Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



