Neymara bir neçə ay lazımdır

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar çarpaz bağ zədəsinin sağalmasından danışıb.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, braziliyalı forvard hər şeyin yaxşı getdiyini bildirib:

“Hər şey yaxşı gedir. Ağrı hələ keçməyib, amma işləyirəm. Zədədən yeddi ay keçib. Tam bərpa üçün bir neçə ay daha lazımdır. Biz məqsədə doğru irəliləyirik”.

Neymar ötən ilin oktyabr ayından yaşıl meydanlardan kənarda qalıb. O, ötən mövsüm cəmi 5 matçda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. “Əl-Hilal” mövsümün sonunda ölkə çempionu olub və Kral kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button