Tanınmış futbolçu yenidən Türkiyə klubuna keçəcək

Anderson Taliska Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılaraq karyerasını Türkiyədə davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Fənərbaxça” ilə müqavilə imzalayacaq.

Tərəflər arasındakı sözləşmə 2026-cı ilin ortalarına qədər davam edəcək.

30 yaşlı Taliska 2016-2018-ci illərdə “Beşiktaş”da çıxış edib. O, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 10 oyun keçirib, 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button