Taleyi 2 oyundan asılıdır
PSJ rəhbərliyi baş məşqçi Kristofer Qalteyə iki oyunluq vaxt verib.
Komanda.az xəbər verir ki, 57 yaşlı məşqçinin taleyi qarşıdakı oyunlardan asılı olacaq. Bu barədə “Ekip” nəşri məlumat yayıb.
Liqa 1-də çempionluq təhlükə altında olarsa, Qalte postundan uzaqlaşdırılacaq. Bu, baş verməsə belə, onun mövsümün sonunda qovulacağı gözlənilir.
PSJ aprelin 8-də “Nitsa”, növbəti həftə isə “Lans”la qarşılaşacaq.
Paris təmsilçisi hazırda Liqa 1-də 66 xalla liderdir. “Marsel” və “Lans” 60 xalla növbəti sıralarda qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin