Tale Heydərovun “Qəbələ”dən istefasına reaksiya – “Təəccübləndim”

Xəbər verdiyimiz kimi, bu gün “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.

Komanda.az xəbər verir ki, məsələ ilə bağlı Tale Heydərovun özü ilə əlaqə saxlamaq mümkün olmasa da, onun babası, millət vəkili Fəttah Heydərov qısa açıqlama verib. Fəttah Heydərov Tale Heydərovla bağlı xəbəri saytlarda gördüyünü deyib:

“Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu “Qəbələ” İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur”. (sonxeber.az)

Tale Heydərov 2006-cı ildən “Qəbələ”nin prezidenti postunda çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button