Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov ilə onun xanımı, ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

Komanda.az xəbər verir ki, görüş Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq Ağdam təmsilçinin Bolqarıstana səfəri çərçivəsində baş tutub.

Tahir Gözəl göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva komandamıza uğurlar arzulayıb.

Səfirlər bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq “Ludoqorets” – “Qarabağ” oyununu stadionda canlı izləyəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button