Tağızadənin “Barselona”dakı debütünü Flik də izlədi

Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadənin formasını geyindiyi “Barselona” B komandası “Korneliya” ilə yoxlama görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 3:0 məğlub edib.

Yığmamızın qolkiperi də bu matçda “Barsa”nın heyətində debüt edib. Matçın son 30 dəqiqəsində meydana çıxan Tağızadə qapısını toxunulmaz saxlaya bilib.

Oyunu “Barselona”nın baş məşqçisi Hans-Diter Flik, eləcə də klubun idman direktoru Deku da izləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button