Tağıyeva Xüsusi Yay Olimpiya Oyunlarında daha 2 medal qazanıb

Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq oyunlarda ölkəni təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda topla qızıl, gürzlər və halqa ilə hərəkətlərin icrasında isə bürünc medala layiq görülüb.

İdmançı daha əvəvl çoxnövçülük proqramında bürünc medal əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button