Taekvondoçular Türkiyədə 4 qızıl medal qazandılar
Azərbaycanın yeniyetmə taekvondoçuları Ankarada keçirilən Türkiyə açıq çempionatının ilk günündə 4 qızıl və 4 bürünc medal qazanıblar.
Komanda.az xəbər verir ki, boyu 156 sm-dək olan idmançıların mübarizəsində oğlanlar arasında İlyas Hətəmli, qızlar arasında Humay Dadaşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bütün rəqiblərini məğlub edən Şəms Əlizadə (160 sm) və Tamerlan Yaqubov (180 sm) da Ankarada Azərbaycan himnini səsləndirib.
Digər taekvondoçulardan Xəzər Həmidov (152 sm), Novruz Əliyev (160 sm), Nülufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) isə turniri bürünc medalla bitiriblər.
Qeyd edək ki, iyulun 9-da başa çatacaq G-2 kateqoriyalı çempionatda gənc taekvondoçulardan ibarət Azərbaycan millisi də gücünü yoxlayacaq.
Bizi Facebook-da izləyin