
Taekvondo Federasiyasında yeni təyinatlar
Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda cari məsələlər müzakirə olunub.
Həmçinin, ATF-in fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, İdarə Heyətinin sədri Kəmaləddin Heydərov Federasiyanın vitse-prezidentlərinin say tərkibinin artırılmasını, Səmədov Hikmət Vasif oğlu və Ələkbərov Elşən Sahib oğlunun vitse-prezident vəzifələrinə namizədliklərini təklif edib.
Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.
Beləliklə, Səmədov və Ələkbərov Azərbaycan Taekvondo Federasiyasının yeni vitse-prezidentləri seçiliblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin