Daha bir tanınmış futbolçu milli karyerasını bitirdi
Serbiya millisinin yarımmüdafiəçisi Duşan Tadiç sosial şəbəkədə paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu paylaşımında Serbiya millisindəki çıxışını dayandırmaq qərarına gəldiyini açıqlayıb:
“Milli komanda ilə vidalaşıram, amma bir gün yenə orada olacağıma inanıram. Karyeramı başa vurduqdan sonra futbolda qalmaq istəyirəm və ölkəmə mümkün qədər kömək etməkdən yaxşı heç nə yoxdur”.
Duşan Tadiç Serbiya millisində 111 oyun keçirib, 23 qol vurub və 40 məhsuldar ötürmə edib. O, hazırda “Fənərbaxça”da forma geyinir.
Serbiya millisi AÇ-2024-də mübarizəni qrup mərhələsində dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin