Tacikistan millisi baş məşqçi ilə yollarını ayırıb
Tacikistan Futbol Federasiyası millinin baş məşqçisi Petar Şeqrtlə yolları ayırıb.
Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə müddəti başa çatıb və o, vəzifəsindən ayrılıb.
Şeqrt 2022-ci ilin yanvarından Tacikistan millisində baş məşqçilik edirdi. Komanda onun rəhbərliyi altında tarixində ilk dəfə Asiya Kubokunun 1/4 finalına yüksəlib və burada İordaniyaya 0:1 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin