
Tac uğrunda görüşlər bu tarixlərdə keçiriləcək
Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçiriləcək şahmat tacı uğrunda görüşlərin təqvimi müəyyənləşib.
Komanda.az xəbər verir ki, qrossmeysterlər arasındakı ilk partiya aprelin 9-da keçiriləcək.
Şahmatçılar 11, 14, 17, 19, 22, 25, 28 apreldə istirahət edəcəklər.
14 görüşdən sonra bərabərlik qeydə alınsa, aprelin 30-da tay-breyk oynanılacaq.
Bütün görüşlər saat 13:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin