
Almaniyalı futbolçu “Bayer”dən ayrılmaq qərarı verdiyini açıqladı
Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu qərarının ani olduğunu bildirib:
“Qərarım ani oldu və müqaviləmin müddətini uzatmamaq, burada qalmamaq istədim. Bu barədə açıq danışdım. Klub da bunu bilir”.
29 yaşlı futbolçunun Leverkuzen klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.
Ta 2015-ci ildən “Bayer”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



