Ta nəyə görə “Bayern”ə keçə bilməyib?

“Bayern”in idman direktoru Maks Eberl “Bayer”dən mərkəz müdafiəçisi Conatan Tanın uğursuz transferi ilə bağlı vəziyyətə aydınlıq gətirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Bayer”lə razılığa gələ bilmədiklərini söyləyib:

“Biz “Bayer”lə danışıqlar aparırdıq. Bizə son tarix verdilər və tələb olunan qiymət etiketini təyin etdilər. Onların istəklərini təmin edə bilmədik. Cəmi 48 saatımız var idi, ona görə də, hərəkətə keçmək çətin idi”.

Daha əvvəl Ta gələn yay azad agent kimi Leverkuzen klubundan ayrılacağını bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button