“Bayern”lə “Barselona” almaniyalı müdafiəçi üçün yarışacaq
“Bayer”in müdafiəçisi Conatan Ta bu yay “Bayern”ə keçmək istəyib, lakin alınmayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu transferin baş tutmamasının ona təsir etdiyini etiraf edib. Eyni zamanda, oyunçu bundan sonra bütün diqqətini “Bayer”də oynamağa cəmlədiyini də qeyd edib.
Tanın agenti müdafiəçinin Leverkuzen klubu ilə müqaviləsini yeniləməyəcəyini bildirib. Futbolçu 2024/2025 mövsümünün sonunda azad agent kimi başqa kluba keçəcək.
“Bayern” və “Barselona” bu yay Tanın transferində iddialı olub. Hər iki klub gələn yay müdafiəçi ilə müqavilə imzalamaq üçün yarışacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin