Adı top-klublarla hallanan futbolçudan gələcəyi ilə bağlı açıqlama

Leverkuzen “Bayer”ini mövsümün sonunda tərk edəcək almaniyalı müdafiəçi Conatan Ta gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu tezliklə yeni klubu barədə qərar verəcəyini bildirib:

“Tezliklə yeni klubum barədə qərar verəcəm. Dəqiq tarix demək istəmirəm, amma bu iki ay sonra olmayacaq”.

Ta 2015-ci ildən Leverkuzen təmsilçisinin formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 48 oyunda meydana çıxaraq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha əvvəl mətbuatda Taya “Barselona”, “Real”, “Bayern” və Avropanın digər top-klublarının maraq göstərdiyi bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button