Kompani “Bayer”in müdafiəçisini komandasına dəvət edib?
“Bayer”in (Leverkuzen) müdafiəçisi Conatan Ta “Bayern”in yeni baş məşqçisi Vensan Kompaninin onu həqiqətən də Münhenə dəvət edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, belçikalı çalışdırıcının onu komandasına dəvət etmədiyini bildirib:
“Əlbəttə, eşitdim ki, Vensan indi “Bayern”in baş məşqçisidir. Əvvəllər onun oyununa çox baxırdım, amma digər mərkəz müdafiəçilərini də izləyirdim. Kompani yaxşı futbolçu idi, amma mən onu şəxsən tanımıram.
Kompani məni “Bayern”ə dəvət edib? Xeyr”.
Tanın “Bayer”lə müqaviləsinin bitməsinə bir il var, ona görə də, futbolçu yay transfer pəncərəsində komandanı tərk edə bilər. Almaniyalı futbolçu ilə daha əvvəl Premyer Liqa klubları da maraqlanırdı.
Bizi Facebook-da izləyin