“Bayern” Almaniya millisinin üzvünu transfer etdi – Rəsmi

“Bayern” Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Tanı heyətinə qatıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu “Bayern”lə müddəti 30 iyun 2029-cu ilədək olan müqavilə imzalayıb. Almaniya millisinin üzvü yeni komandasında 4 nömrəli formanı daşıyacaq.

Ta 2015-ci ildən etibarən “Bayer”in formasını geyinirdi. O, bu müddət ərzində bütün turnirlərdə 402 oyuna çıxaraq, 18 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button