
“Bayern”in yeni transferi bu gün tibbi müayinədən keçəcək
Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta “Bayern”ə transfer olunmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu bu gün Münhenə gələrək tibbi müayinədən keçəcək.
Uğurla nəticələnəcəyi təqdirdə, Ta “Bayern”lə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atacaq. Daha sonra isə o, Almaniya millisinin düşərgəsinə qoşulacaq.
Almaniyalı oyunçu hazırkı mövsümdə bütün turnirlərdə 49 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfer yaxın günlərdə rəsmiləşərsə, Ta yeni komandası ilə Klublararası dünya çempionatında da iştirak edə biləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



