“Barselona” almaniyalı müdafiəçi ilə anlaşıb

Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta yayda komandasını dəyişməyə hazırlaşır.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, almaniyalı futbolçu artıq bir neçə həftə öncə “Barselona” ilə şifahi razılığa gəlib. Buna baxmayaraq, tərəflər arasında hələlik heç bir rəsmi sənəd imzalanmayıb.

Tanın “Bayer”lə yeni müqavilə barədə razılığa gələ bilməməsi onun ayrılmasını qaçılmaz edib. Ona “Real” və “Bayern” də maraq göstərir. Leverkuzen klubunun baş məşqçisi Xabi Alonsonun yayda “Real”a keçmə ehtimalı da Tanın qərarına təsir edə bilər.

29 yaşlı futbolçu cari mövsümdə 45 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button