“Təzyiqə davam gətirə bilmədik” – Elmar Baxşıyev
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Fehervar” (Macarıstan) – “Qəbələ” matçından (4:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“İki fərqli hissə izlədik. Birinci hissədə daha çox istədiyimizi meydanda görə bildik. Fasilədən sonra futbolçularımız rəqibin təzyiqi altında oynadı. Bu təzyiqə davam gətirə bilmədik. Ümumi götürsək, komanda formalaşmaqdadır. İnanıram ki, cavab oyununda daha məzmunlu futbol göstərəcəyik. Qəbələdəki qarşılaşmada əlimizdən gələni etməyə çalışacağıq. Azarkeşlərin zədələnən İlkin Qırtımovu alqışlaması insanlıq adına çox müsbət hərəkətdir. Oyunçuya verdikləri dəstəyə görə onlara təşəkkür edirəm. Göstərdilər ki, futbolu bilirlər. Onun son durumu barədə məlumatımız yoxdur. Ümid edirik ki, ciddi heç nə olmayacaq”.
Bizi Facebook-da izləyin