Təxirəsalınma müddəti 2 həftə uzadıldı – futzalda

Futzal üzrə Yüksək Liqanın oyunlarının təxirə salınması müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, bu barədə Aəzrbaycan Futzal Federasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. Bunu nəzərə alan Azərbaycan Futzal Federasiyası yüksək, birinci və ikinci liqaların, eləcə də Azərbaycan kubokunun oyunlarının təxirə salınması müddətini mayın 4-dək uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button