
Təxirə salınmış oyunun vaxtı açıqlandı
Azərbaycan Premyer Liqasının 2-ci turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun keçirilmə tarixi və başlama vaxtı müəyyənləşib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 25-də keçiriləcək.
“Sumqayıt Arena”da baş tutacaq matç saat 18:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin