Təxirə salınmış oyunda paytaxt klubu sevindi
Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turdan təxirə salınmış bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, “Ankaragücü” doğma meydanda “Hatayspor”la qarşılaşıb.
Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar. Ardıcıl ikinci qələbəsini qazanan paytaxt təmsilçisi xal hesabını 8-ə yüksəltsə də, 21 kollektiv arasında 20-ci sıradadır. “Hatayspor” isə 18 xalla 8-cidir.
Türkiyə Super Liqası
6-cı turun oyunu
15 dekabr
Ankaragücü – Hatayspor 2:0
Qol: Şarliya, 69. Peyntsil, 89.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin