Qvardiolanın təvazökar, ideal və müstəsna futbolçusu
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi İlkay Gündoğan haqda danışıb.
Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, o, Almaniya millisinin üzvünü təvazökar və çox ağıllı oyunçu adlandırıb:
“İlkay bizim üçün çox vacib oyunçudur. O, təvazökardır. Danışanda hər kəs ona qulaq asır. İdeal futbolçudur.
Hücumameyilli yarımmüdafiəçidir, qol vura və məhsuldar ötürmələr verə bilir. Çox ağıllıdır. Hər zaman düzgün mövqe tutur. Gündoğan hər cəhətdən müstəsna futbolçudur”.
32 yaşlı futbolçu 2016-cı ilin yayından “şəhərlilər”in formasını geyinir. O, cari mövsümdə “Mançester Siti”nin heyətində 43 oyun keçirib, beş qol vurub və beş məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin