Poçettino narazıdır

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının təqviminə görə komandasının dekabrın 24-də, Milad ərəfəsində “Vulverhempton”la oyun keçirməli və növbəti matça hazırlıq üçün ertəsi gün də məşqə başlamalı olduqlarına görə narazılığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyun təqvimlərinin ard-arda gəlməsinin ədalətsiz olduğunu bildirib:

“Dekabrın 25-də məşq etmək niyyətindəyik. 27-də “Kristal Pelas”a qarşı daha bir oyunumuz olduğundan, dayana bilmərik. Oyunçuların sağalmaq üçün çox az vaxtı var. Üstəlik, son oyunumuz ayın 21-də olub. Şikayət etmək fikrində deyiləm, amma təşkilati işlər daha yaxşı olmalıdır, çünki bu, ədalətsizlikdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button