Tərlan Əhmədovun cəzası açıqlandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində “Səbail”in futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 25-ci turunun “Qarabağ” – “Keşlə” matçında “Keşlə” klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sabah” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 56-cı dəqiqəsində “Sabah” klubunun futbolçusu Novruz Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Birinci divizionun 23-cü turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” və “Ağsu” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
Oyunun 64-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Xəyal Əmirli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur.
Birinci divizionun 23-cü turunun “Keşlə-2” – “Zirə-2” matçında “Keşlə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 23-cü turunun “Turan Tovuz” – “Şüvəlan” matçında “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 70-cı dəqiqəsində “Turan Tovuz”un futbolçusu Eltay Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin