Tərlan Əhmədovdan istefa açıqlaması: “Bacarmadım”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Hər iki komandanın üzərində təzyiq çox idi. Zədəlilərimiz də həddn artıq çoxdu. Heyətdə dəyişiklik etməyim komandanın oyununa təsir etdi. Məğlubiyyət psixologiyası düzəlmir ki, düzəlmir. Bundan əvvəlki oyunda da bir buraxdığımız səhv, məğlubiyyətlə nəticələndi. Komanda diqqətsizliyin qurbanı olur. Bu oyun haqda danışmaq çətindi. Komandanı düzəltmək çətin oldu mənə. Bacarmadım, sabah rəhbərliklə söhbətimiz olacaq.
- Komandadan getmək istəyirsiz?
- Məni gətirən komanda rəhbərliyidi. Danışacağıq. Ancaq bacarmıram. Burda görüləsi iş çoxdu. Sabah hər şey ola bilər.
- Üzərinizdə təzyiqlərin olduğunu dediz. Bu rəhvərliklə bağlıdırmı?
- Rəhbərliklə əlaqəsi yoxdu. Bütün təzyiqlər üzərimizdədi.
- Komandanı düzəltmək üçün nə lazımdı?
- Məndən əvvəl 2 məşqçi dəyişib. Yayda düzəltmək, heyətə yaxşı futbolçular cəlb etmək lazım idi. Çox şey demək olar, ancaq demirəm. Uğursuzluq nədəndi, bilmirəm. Futbolçularla çox danışırıq, ancaq yenə alınmır.
- Sizdə də komandaya inam yoxdu sanki…
- Əvvəllər belə situasiyada olmuşam. Ancaq o komandaların ruhu var idi. Bilirdim ki, mənim üçün onlar canlarını da qoyardılar. Burda o ailəni qura bilmirik. Bu oyun bizim üçün böyük zərbə ola bilər. Qarşıda 8 günümüz var. Psixoloji sindromdan çıxmaq lazımdı. Heç kimi yarıda qoymaq kimi bir xasiyyətim yoxdu.
- “Oynamırlar, oynamaq istəmirlər” deyə bir fikir varmı?
- İnanmıram ki, kimsə qəsdən oynamasın. Bunun necə olduğunu bilmirəm. Yaşamamışam belə bir şey. Avropa Liqasının ilk mərhələsində məğlub olduqdan sonra komandanın vəziyyəti düzəlmir. Bütün gün əvvəlki oyunları izləyirik. Bütün səhvlər eynidi. Etiraf edirəm ki, bacarmadım.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin