Tərlan Əhmədov: “Uşaq səhvləri məni çox yorur”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:3 hesabıyla məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransı bunları söyləyib.

  • “Qarabağ”ı təbrik edirəm. Belə oyunlarda buraxdığımız səhvlər məni çox məyus edir. Birinci qolda da qapıçımız ağır zədə aldı. Onsuz da itirə-itirə gedirik. Oyundakı uşaq səhvləri məni də çox yorur. İkinci hissədə baş verən hadisələr bizdə başqa fikirlər yaradır. İstəyirəm ki, sakitlik olsun.
  • Şahin Zəkiyevin durumu nə yerdədi?
  • Xəstəxanadadı. Burnu sınıb.
  • Texniki zonadan uzaqlaşdırılmağınız nəylə bağlıdı?
  • Şahinə olan zərbəyə görə etiraz edirdim. Qol qeydə alınmamalıydı. Con Kamaranın da vərəqəsinə etirazımı bildirdim. Biz də futbol oynamışıq. Kamaranın epizodunda müdaxilə yox idi. Ancaq sarı vərəqə aldı.
  • Bəzi fikirlər formalaşır dediz. Bunu daha aydın deyə bilərsiz?
  • Qış fasiləsindən sonra artıq ikinci hissələrdə qol buraxırıq. Bunlar araşdırılmalıdı. Səbəbin axtarır, bilmək istəyirik ki, niyə ikinci hissədə komanda qollar buraxır. 10-15 fikir gəlir beynimizə.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button