Tərlan Əhmədov qovuldu
Azərbaycan Premyer Liqasının 25-ci turuna səfərdə “Qarabağ”la qarşılaşan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov texniki zonadan qovulub.
Komanda.az xəbər verir ki, o, matçın 18-ci dəqiqəsində “Qarabağ”ın hesabı açmasından sonra hakimlərə etirazını bildirib. Əhmədov meydan sahiblərinin hesabı açarkən qayda pozuntusuna yol verdiyini iddia edib. Məsələ burasındadı ki, həmin epizodda meydan sahiblərinin hücumçusu Mahir Mədətov topa zərbə vurmaq istərkən rəqib qapıçı Şahin Zəkiyevə xəsarət yetirib. Zərbə nəticəsində 20 yaşlı qolkiperin sifəti qana bulaşıb. Həkimlərin səylərinə baxmayaraq, o, matçı davam etdirə bilməyib və Davud Kərimi ilə əvəzlənib.
Məhz bu zaman görüşün baş hakimi Əliyar Ağayev kəskin etiraz etdiyi üçün Tərlan Əhmədovu texniki zonadan uzaqlaşdırıb.
Bizi Facebook-da izləyin