Tərlan Əhmədov məşqi ləğv edib, Bakıya getdi

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Neftçi”ni qəbul edəcək. Gəncə təmsilçisinin stadionunda qazonun durumu xoşagəlməz vəziyyətdə olduğu üçün oyun Qəbələdə keçiriləcək.

Komanda.az-ın əldə etdiyi məlumata görə, əzəli rəqib olan “Neftçi” ilə qarşılaşmadan əvvəl “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov komandanın mayın 19-da keçirilməli olan məşqini ləğv edib. Əhmədov, futbolçular məşqə çıxmağa hazırlaşarkən “bu gün məşq olmayacaq” deyib və özü də düşərgəni tərk edib. Onun təcili olaraq Bakıya getdiyi deyilir. Əhmədovun məşqi ləğv etməsinə səbəb olan paytaxta səfərinin nə məqsəd daşıdığı bilinmir. Onun komandanın “Neftçi” ilə matçdan öncə məşqi ləğv edib, Bakıya getmək üçün klub rəhbərliyindən icazə alıb-almadığı da məlum deyil. O, komandasının ancaq dünən axşam keçirilən məşqinə çata bilib.

“Kəpəz” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button