Tərlan Əhmədov istefa verdi, klub rəhbərliyi…

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Paytaxt təmsilçisinin rəhbərliyi 48 yaşlı mütəxəssislə yola davam etməyi məqsədəuyğun sayıb. Əhmədov bu gün “ASK Arena”da komandanı məşqə çıxardıb.

Premyer Liqanın 23-cü turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzan “Keşlə” sonuncu – 8-ci pilləyə düşüb. Əhmədov oyundan sonra təşkil edilən mətbuat konfransında uğursuz nəticələr səbəbi ilə postunu tərk etmək istədiyini, bununla bağlı rəhbərliklə görüşəcəyini deyib. (Report)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button