Tərlan Əhmədov: “Çempionat bizim üçün daha vacibdi”
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a 0:1 hesablıyla məğlub olan “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:
- Çempionat oyunu ilə bu oyun arasında fərqlər vardı. Keçən oyunda daha aqressiv idik. Kubok oyunları daha həyəcanlı olur. Cavab görüşü də var. Zədəlilər də vardı. Mübarizə apardıq, çalışdıq ki, qol da vuraq, amma alınmadı. 12-13 nəfərlik heyətimiz var, əzələlər də tab gətirmir. Cavab oyununda əlimizdən gələni etməyə çalışacağıq.
- İki cəbhədə mübarizə aparmaq çətin olmayacaq? Belə deyək, kubok “Keşlə”yə lazımdı?
- Lazımdı, lazım deyil, deyə bilmərik. Amma kubokda varıqsa, mübarizə aparmalıyıq. Kubokda mübarizə aparmaq çətindi. Bu gün mübarizəni davam etdiririk. Yeni futbolçular da cəlb olunacaq. Ayın 20-dən sonra bəzi məsələlər dəyişəcək. Çempionat mənim üçün daha vacibdi.
- Daha bir futbolçunuz zədələndi…
- Ruslan Qurbanovun zədəsi ciddidi, Sezar Meza Kollinin vəziyyəti isə normaldı.
- Köməkçinizin saxlanması barədə xəbərlər yayılıb.
- Bu barədə məlumatım yoxdur. Nəsə deyə bilmərəm. Bu barədə mətbuat işçiləri daha dəqiq məlumat verə bilərlər.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin