Tərlan Əhmədov: “Bu da bir təcrübə oldu”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (1:3, ilk oyun 0:1) şərh edib.

Komanda.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Bilirdim ki, bu oyun daha ağır olacaq. Bu meydanda ilk dəfə məğlub olduq. İtkilərimiz vardı, Kamaranın da səhhətində problem ortaya çıxıb, həkimlər də səbəbi bilmirlər. Komanda məğlub olsa da, futbolçuların mübarizəsindən razı qaldım. Gənc futbolçular meydanda idi. Artıq bütün fikrimizi istirahətə və yeni ildə başlayacaq Premyer Liqanın qalan hissəsinə yönəldəcəyik. Bu da təcrübə oldu.
  • Qış fasiləsində komandada hansı dəyişikliklər olacaq?
  • Bir transfer oldu, bir hücumçu da axtarırıq. İki yeni futbolçu olacaq, ola bilər 3 olsun. Amma eyni zamanda, komandadan gedən futbolçular da olacaq.
  • Gedəcək futbolçular kimdi?
  • Bunu açıqlaya bilməyəcəm. Yaxın günlərdə bu barədə açıqlama veriləcək.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button