Totti gürcü ilə portuqaliyalını müqayisə etdi
“Roma”nın keçmiş hücumçusu Françesko Totti “Milan”ın forvardı Rafael Leao ilə “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı müqayisə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunu çox sürətli, gürcü oyunçunu isə texnikalı adlandırıb:
“Leao fiziki cəhətdən güclü və çox sürətlidir. Kvaratsxeliya isə təkbətək epizodlarda daha yaxşıdır. O, daha texnikalıdır”.
Xviça 2022-ci ildən Neapol klubunda forma geyinir. Cari mövsümdə o, “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, 14 qol vurub və 16 məhsuldar ötürmə edib.
Leao isə “Milan”ın heyətində 41 oyunda 13 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin