Ronaldo tənqid haqda “qızıl xırdaladı”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo insanların məşhur şəxsiyyətləri tənqid etməsindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Tənqid futbolun bir hissəsidir və bu yaxşıdır, əks halda, böyümə və inkişaf olmayacaq. Həyatda elə bir insan yoxdur ki, tənqid olunmasın. Və mən də iddia etmirəm ki, tənqid olunmayan görkəmli şəxsiyyətəm”.

40 yaşlı hücumçu ümumilikdə bu mövsüm bütün turnirlərdə 25 oyunda iştirak edib, 23 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun Səudiyyə Ərəbistanı klubu ilə hazırkı müqaviləsi mövsümün sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button