Təmkin Xəlilzadə “Sabah”da qaldı

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Təmkin Xəlilzadənin “Sabah”dakı aqibətinə aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, klub rəhbərliyi sözügedən futbolçunun komandada qalmasına qərar verib.

Artıq komanda ilə növbəti mövsümə hazırlaşan müdafiəçi bu gün “Zirə”yə qarşı yoxlama oyununda meydana da buraxılıb.

Xəlilzadə intizamsızlığına görə ötən mövsümün sonunda əsas heyətdən uzaqlaşdırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button