Alonso: “Təkcə Vinisius yox, hamı oynamaq istəyir”

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Vinisius Juniorun həmişə start heyətdə meydana çıxa bilməməsi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Hamı oynamaq istəyir. Hətta Franko Mastantuono da. Mən onu əvəzləməyə gələndə mənə baxdı və “məni əvəz edirsən?” dedi. Mən də “bəli, Franko, mən səni əvəz edirəm” dedim. O, bir az əsəbiləşdi. Buna görə də, təkcə Vinisius yox, hamı oynamaq istəyir”.

Madrid klubu İspaniya çempionatının 5-ci turunda doğma meydanda “Espanyol”a 2:0 hesabı ilə qalib gəlib. Vinisius və Mastantuono oyuna start heyətdə başlayıb, lakin hər ikisi 77-ci dəqiqədə əvəz olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button