“Təkcə Ronaldoya yox, 11 futbolçuya qarşı mübarizə aparacağıq”

Türkiyə millisinin baş məşqçisi Stefan Kunts DÇ-2022-nin pley-off mərhələsində Portuqaliyaya qarşı keçirəcəkləri oyun barədə danışıb.

Komanda.az xəbər verir ki, Kunts, Portuqaliya millisini tərifləyib:

“Bu posta təyin edildiyimdən bəri həm mövcud oyunlar, həm də gələcək matçlar üçün çalışırıq. Təkcə Kriştiano Ronaldoya yox, 11 futbolçuya qarşı mübarizə aparacağıq. Portuqaliya ilə oyunda meydanda aktiv olmağa çalışacağıq. Rəqibin oyunundan çox bizim nə etdiyimiz önəmlidir. Portuqaliyanın möhtəşəm futbolçuları var. Onların üç müdafiəçisinin olmamaması bizim üçün üstünlük yaratmır. Futbolda hazırkı anı düşünmək lazımdır. Amma şans da vacibdir. Millinin baş məşqçisi təyin olunmağımdan heç 8 ay keçməyib. Amma mən keçmişlə yaşayan biri deyiləm”. 

Baş məşqçi jurnalistin “Latviya ilə matçda qələbə qazananda (1:2) ağlamışdız. Portuqaliyaya qalib gəlsəz, ağlayacaqsızmı” sualına da cavab verib:

“Bu dəfə qələbə qazansaq, ağlamayacam. Bunu niyə soruşduz? Portuqaliyada heç kim mənim ağladığımı bilmirdi. Mən də sizinlə bağlı nəsə öyrənəndə, bunu hər kəsə söyləyəcəm”.

Portuqaliya – Türkiyə matçı sabah saat 23:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button